Press "Enter" to skip to content

İki qardaş ölkənin başçıları bir arada

R.T.Erdoğanla görüş

Son yeniləmə: 29 Noyabr 2021 01:06

Bayraqdar.info – Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla görüşü olub.

Prezidentin Mətbuat xidməinin yaydığı xəbərdə deyilir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

“Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

“Eyni zamanda, ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin, postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

“Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.