Son yeniləmə: 29 Noyabr 2021 08:57
Bayraqdar.info – Məlum olduğu kimi, hər il çox sayda azərbaycanlı gənc ali təhsil almaq üçün universitetlərə üz tutur. Gənclərimizin bir qismi Azərbaycan universitetlərini seçsə də digər qismi xarici ölkələrin, xüsusilə də qardaş Türkiyənin təhsil ocaqlarında oxumaq üçün imtahan verir.
Kimsəyə sirr deyil ki, son illərə qədər azərbaycanlı gənclərin xaricdə təhsildə daha çox üstünlük verdiyi ölkə Türkiyə idi. Lakin COVID-19 pandemiyasının digər sahələrlə yanaşı təhsil sahəsində də yaratdığı əngəllər gənclərin Türkiyə universitetlərində təhsil almaq istəklərini də çətinləşdirib.
Daha doğrusu, pandemiya səbəbindən Türkiyə universitetlərinin bir qismi xaricdən qəbul üçün onlayın imtahana qərar verib, digər bir qismi isə ümumiyyətlə nə onlayn imtahan keçirmək, nə də Azərbaycana üz-üzə imtahan üçün nümayəndə göndərmək istəməyib. Bu da təbii ki, Türkiyədə təhsil almaq istəyən gənclərin istəməsələr belə üçüncü ölklərin universitetlərinə üz tutmasına səbəb olub.
Beləliklə, bayraqdar.info olaraq fəaliyyətə başladığımız ilk aylardan etibarən bu problemi diqqət mərkəzinə gətirdik.
Rusiya, Fransa kimi Türkiyə də Azərbaycanda universitet açsın
Özü də problemi ictimailəşdirməklə işimizi bitmiş hesab etmədik. Eyni zamanda, vəziyyətdən çıxış yolunu da təklif etdik və bu təklifimizə münasibətlər öyrəndik.
Türkiyənin Azərbaycanda universitet açma ideyası aktuallaşır – ÖZƏL
Bizim təkilif etdiyimiz həll modeli Azərbaycanda Türkiyənin bütün universitetlərinə imtahanın vahid mərkəzdən keçirilməsi ilə bağlı idi. Daha dəqiq desək, illər öncə Türkiyədə mövcud olmuş bu imkanın yendiən tətbiqinun mümkünlüyünə dair həm Azərbaycanın, həm də Türkiyənin təhsil sahəsindəki dəyərli ziyalılarından fikirlər öyrəndik.
Sevidirici haldır ki, bütün müsahiblərimiz bu təklifə müsbət yanaşdılar.
Türkiyə universitetlərinə qəbulda öncəki vəziyyətə qayıtmaq vacibdir
Özü də təkcə müsbət yanaşmadılar. Eyni zamanda universitetlərin ayrı-ayrılıqda imtahan keçirmələrinin fəsadlarından danışdılar, həm də öz təkliflərini səsləndirdilər.
Ortaq universitet Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırardı – ÖZƏL
Beləliklə, cəhdlərimiz boşa getmədi. Bu günlərdə Türkiyədən aldığımız xəbər bayraqdar.info olaraq gündəmə gətirdiyimiz məsələnin Türkiyə dövləti səviyyəsində öz həllini tapdığını göstərir.
Aldığımız məlumata görə, Türkiyədə universitetlərin üst qurumu olaraq fəaliyyət göstərən və ali təhsillə bağlı bütün məsələləri tənzimləyən dövlət təşkilatı – Yüksek Öğretim Kurulunun (YÖK) qəbul etdiyi qərara əsasən xarici ölkə vətəndaşları üçün keçirilən və Yabancı Öğrenci Sınavı (YÖS) kimi tanınan imtahan bundan sonra mərkəzləşdirilmiş qaydada və ildə bir dəfə keçiriləcək. Bu imtahanın gələn ildən ÖSYM (Öğrenci Seçim ve Yerleştirme Merkezi) tərəfindən keçiriləcəyi planlaşdırılır.
Biz qarşıdakı günlərdə bu yeni sistemin tətbiqi, ortaya çıxan suallarla bağlı mütəxəssislərin fikirlərini öyrənib dəyərli oxucularımıza təqdim edəcəyik. Hələlik isə vurğulamağı özümüzə borc bilirik ki, bu sistemin tətbiqi azərbaycanlı ailələrə həm maddi, həm mənəvi, həm də zaman itiksinin qarşısının alınması baxımından önəmli dəstək olacaq. Çünki əks halda azərbaycanlı gənclər bir imtahan ilində 4-5, bəzən isə 7-8 imtahana girməli olurdular. Səbəb isə hər universitetin öz istəyinə uyğun imtahan keçirməsi idi. Təbii ki, bu, həm vaxt itkisinə, həm də maddi itkiyə (hər imtahan üçün aşağısı, 40 yuxarısı 150 ABŞ dolları iştirak haqqı ödənməli idi – N.A.) səbəb olurdu. Yeni sistemin tətbiqi isə bütün bu mənfi halları aradan qaldıracaq.
Xeyirli uğurlu olsun deyirik!
[…] Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi […]
[…] Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi […]
[…] Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi […]