Press "Enter" to skip to content

Təhsil nazirinin videoqəbulu

Təhsil naziri Emin Əmrullayev

Son yeniləmə: 27 Noyabr 2021 00:17

Bayraqdar.info – Noyabrın 26-da təhsil naziri Emin Əmrullayev Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və uyğun həlli istiqamətində Nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Nazirliyə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirməkdir. Həm də regionlarda yaşayanlara Nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Mission News Theme by Compete Themes.