Press "Enter" to skip to content

Kosova və Albaniya arasında 13 saziş imzalanıb

Son yeniləmə: 26 Noyabr 2021 23:45

Bayraqdar.info – Kosova və Albaniyanın baş nazirləri noyabrın 26-da bir araya gəliblər. Həmin tarixdə Albaniyanın Elbasan şəhərində iki ölkənin Nazirlər Kabinetinin birgə iclası keçirilib.

Balkan News saytının məlumatına görə, iclasın sonunda 13 saziş imzalanıb.

İmzalanmadan sonra açıqlama verən Albaniyanın Baş naziri Edi Rama Durres-Priştina dəmir yolunun tikintisi üzrə işlərin başlanması, hər iki hökumətin 2022-ci il büdcəsindən bu layihəyə vəsaitin ayrılması, iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq sazişi və sərhəd keçidlərinin kameralarla monitorinqi sahəsində iki ölkənin daxili işlər nazirlikləri arasında razılaşmanın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Kosovanın baş naziri Albin Kurti isə deyib ki, Nazirlər Kabinetinin birgə iclası iki ölkənin koordinasiyalı və sinxron fəaliyyəti üçün mühüm addımdır.

A.Kurti bildirib ki, 13 sazişdən ən mühümü iki hökumət arasında koordinasiya katibliyinin yaradılması, malların giriş-çıxışında gömrük nəzarətində tədbirlərin, həmçinin yaşayış icazələrinin alınmasının asanlaşdırılması haqqında razılaşmalardır.

Razılaşmaya əsasən, Kosova vətəndaşları bir ərizə və az sayda sənədlə Albaniyada beş illik yaşayış icazəsi ala biləcəklər.

Mission News Theme by Compete Themes.