Son yeniləmə: 26 Noyabr 2021 23:19
Bayraqdar.info – “Öz-özünü təmin edə bilən KKTC üçün çox çalışırıq”.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
KKTC mediasının məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində çıxış edən F.Oktay Kıbrıs məsələsinə də toxunub.
Vitse-prezident bölgənin rifahına töhfə verən, öz-özünü təmin edə bilən bir KKTC üçün çalışdıqlarını bildirib. O, bu məqsədlə Kıbrıs türklərinə infrastruktur layihələrindən kənd təsərrüfatı suvarma sistemlərinə, elektron hökumət işlərindən səhiyyə investisiyalarına qədər dəstək verdiklərini söyləyib.