Press "Enter" to skip to content

“Azercell” sosial şəbəkələrdə yarışma elan edir

Son yeniləmə: 27 Noyabr 2021 18:38

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılacaq

Bayraqdar.info – Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 ili tamam olur. Bu münasibətlə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri arasında müsabiqə elan edir. Müsabiqə rabitənin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.

Bu barədə bayraqdar.info-ya noyabrın 27-də “Azercell Telekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, “Rabitənin dünəni və bu günü” mövzusuna həsr olunmuş müsabiqə 28 noyabr–6 dekabr tarixləri arasında “Azercell”in rəsmi sosial şəbəkə hesablarında keçiriləcək. Yarışma iştirakçılarıtəqdim olunan şəkillərdə gizlin detalları aşkara çıxarmaqla hədiyyə qazanacaqlar. “Gizlini aşkara çıxar, hədiyyəni apar”şüarı ilə keçiriləcək yarışma qeyd olunmuş zaman çərçivəsində abunəçilərə müxtəlif hədiyyələr qazanmaq imkanı verəcək.

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabr ayının 23-də istismara verilib. Uzunluğu 6 km olan bu telefon xətti “Nobel qardaşlarının neft istehsalı şirkəti”-nin baş kontoru ilə sədrvə baş mühəndisin evlərini birləşdirib. Elə həmin tarix ölkəmizdə rabitə əsrinin başlanğıcı kimi qəbul edilir.

Azərbaycanda mobil rabitə sektorunun flaqmanı sayılan “Azercell Telekom” MMC-nin hazırladığı müsabiqələr hər zaman müasir cəmiyyətin, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına, tariximizin öyrənilməsinə və təbliğatına xidmət edir.

Müsabiqədə iştirak edin, həm maariflənin, həm də hədiyyə qazanın!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Mission News Theme by Compete Themes.