Press "Enter" to skip to content

Vüqar İskəndərov: Dünya birliyi hərəkətə keçməlidir

Son yeniləmə: 26 Noyabr 2021 14:17

Bayraqdar.info – “Ermənistan Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə ölkəmizin ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat Ermənistanın birinci və ikinci Qarabağ savaşları zamanı, həmçinin işğal illərində çoxsaylı müharibə cinayətləri, o cümlədən insanlıq əleyhinə cinayətlər törətdiyini bildirib.

Qeyd olunub ki, bir zamanlar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının minalanması da bu cinayətlər sırasındadır: “Məlum olduğu kimi Ermənistan bu cinayətlərini hazırda da davam etdirir. Belə ki, bu ölkə indiyə kimi yalnız minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini (25 faiz) verib və dəqiq xəritəni verməkdən imtina edir”.

Deputatın sözlərinə görə, rəsmi Yerevan onlarda dəqiq xəritənin olduğunu etiraf etsə də, bu xəritəni vermir: “Bu azmış kimi Ermənistan bunu siyasi şantaj predmetinə çevirir. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyinin bariz nümunəsidir. Əvvəla ona görə ki, Ermənistanın işğal illərində işğal etdiyi Azərbaycan ərazilərində basdıqdığı çoxsaylı minalar hazırda azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmalarına mane olur. Eyni zamanda bu minaların qurbanları daha çox dinc sakinlər olur”.

Müsahibimiz hesab edir ki, Ermənistanın bu cinayətkar davranışına son qoyulması üçün dünya birliyi hərəkətə keçməlidir: “İşğal illərində Ermənistana təzyiq etməyən bəzi beynəlxalq təşkilatalar, o cümlədən ayra-ayrı ölkələr heç olmasa indi hərəkətə keçsinlər. Beynəlxalq birlik Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdır. Bu gün özlərini sülhprəvrə, sülhyaradıcı missiyada təqdim etməyə çalışan xarici güclər buyursunlar səmimi olduqlarını nümayiş etdirsinlər”.

Mission News Theme by Compete Themes.