Press "Enter" to skip to content

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 26-da KOBİA-dan məlumat verilib.

Qeyd edilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb. Məlumatda daha sonra deyilir ki, “Startap” şəhadətnaməsi “Buta Vending” MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, “Cusperco” MMC-nin xidmət təhcizatçıları üçün “www.azdo.az” platforması, “Payriff” MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, “Oxuyan” MMC-nin onlayn imtahanların təşkili üzrə “www.oxuyan.az” platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “www.bein.az” layihəsi üçün təqdim edilib”.

Bildirək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

 

Mission News Theme by Compete Themes.