Son yeniləmə: 26 Noyabr 2021 09:55
Bayraqdar.info – Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak edəcəyi üçtərəfli görüş keçiriləcək.
Bu haqda xəbəri Kremldən veriblər.
Xəbərdə deyilir ki, üçtərəfli görüş 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 1 illiyinə həsr edilib. Görüşdə tərəflərin danışıqlar aparacağı nəzərdə tutulur.
Tərəflərin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixili üçtərəfli bəyanatlardan irəli gələn razılaşmaları yerinə yetirməsinin durumu müzakirə ediləcək. Əsas diqqət ticari-iqtisadi və nəqliyyat məsələlərinin bərpasına yönəldiləcək.
Kreml onu da xəbər verir ki, V.Putinin İ.Əliyev və N.Paşinyanla ayrılıqda görüşləri də nəzərdə tutulur.