Press "Enter" to skip to content

Regionlarda təlimlər keçirilib

Son yeniləmə: 26 Noyabr 2021 10:04

Bayraqdar.info – Regionlarda “Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda təlimlər keçirilib.

Bu barədə bayraqdar.info-ya Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən (gız) məlumat verilib.

Bildirilib ki, təlimlər bu qurumun dəstəyi ilə “Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə” regional proqramı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən təşkil edilib. Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün olan təlimlər 02-04 noyabr tarxilərində Qubada, 10-12 noyabr tarixlərində Şəkidə, 16-18 noyabr tarixlərində Lənkəranda və 23-25 noyabr tarxilərində Gəncə şəhərində keçirilib.

“Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan təlimlərdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Aparatın Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təlimçi-ekspert qismində çıxış ediblər.

Dövlət qurumlarının yerli nümayəndəlikləri və vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu təlimlərdə ekspertlərtərəfindən yaxşı idarəçiliyin xüsusiyyətləri və əhəmiyyəti, bununla bağlı beynəlxalq norma və prinsiplər, mübahisələrin alternativ həlli yolları, mediasiyanın tətbiqi, Ombudsmanın mandatı, Ombudsmana ünvanlanan şikayət və müraciətlərə baxılması qaydası, biznes və insan hüquqları və informasiya əldə etmək hüququnun müdafiəsi mövzularında təqdimatlar edilib” , – deyə, məlumatda qeyd edilib.

Vurğulanıb ki, interaktiv şəkildə keçən təlimlərdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsinin yaxşı idarəçiliyə müsbət təsiri və Ombudsmanın bu sahədəki rolunun əhəmiyyəti qeyfd edilib.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Mission News Theme by Compete Themes.