Son yeniləmə: 26 Noyabr 2021 11:45
Bayraqdar.info – Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün keçirilən “Rəqəmsal gələcəyə addım” adlı Respublika müsabiqəsinin II mərhələsi yekunlaşıb.
Xəbər bayraqdar.info-ya noyabrın 26-da Təhsil Nazirliyindən daxil olub.
Müsabiqədə iştirak üçün ümumillikdə 21 minə yaxın şagird qeydiyyatdan keçib. Onlardan 5 min 500 nəfəri ikinci mərhələyə vəsiqə qazanıb. II mərhələdə ümumilikdə 3 mib 936 şagird iştirak edib.
İkinci mərhələnin nəticələrinə əsasən, iştirak edən bütün şagirdlərin elektron poçt ünvanlarına I, II və III dərəcəli diplomlar göndəriləcək. Ən yüksək nəticə göstərən 100 şagird isə müsabiqənin final mərhələsinə dəvət ediləcək. Final mərhələsi barədə ətraflı məlumat veriləcək.
Nazirlik qeyd edir ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaq, həmçinin, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.