Press "Enter" to skip to content

Noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 26 Noyabr 2021 17:26

Bayraqdar.info – Noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Mission News Theme by Compete Themes.