Press "Enter" to skip to content

Nazirlik yanında İctimai Şura və MHM-in nümayəndələrinin görüşü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son yeniləmə: 26 Noyabr 2021 09:58

Bayraqdar.info – Noyabrın 24-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura və nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, görüşdə müasir tələblərə uyğun yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri geniş müzakirə olunub.

“İctimai Şuranın sədri Siruz Abasbəyli Azərbaycanda süni intellekt və müasir kibertəhlükəsizlik protokolları nəzərə alınmaqla elektron imza sertifikatının verilməsi və bu istiqamətdə beynəlxalq təcrübəyə əsaslanmağın zəruriliyini qeyd edib.

“MHM-in direktor müavini İnarə Vəliyeva İctimai Şura üzvlərinə Nazirlik tərəfindən ölkədə bu istiqamətdə aparılan işlər haqqında məlumat verib. Direktor müavini bildirib ki, Nazirliyin innovasiyaları inkişaf etdirməsi vətəndaş məmnunluğunu artırmaqla yanaşı, rəqəmsal biznesin inkişafını da təşviq edəcək.

“Görüşdə qeyd olunub ki, ölkədə rəqəmsal transformasiya istiqamətində aparılan işlər, o cümlədən yeni nəsil elektron imza quruculuğu cəmiyyətin, eləcə də iqtisadiyyatın tələbidir.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.