Son yeniləmə: 26 Noyabr 2021 15:39
Bayraqdar.info – BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın hazırlanması ilə əlaqədar beynəlxalq ekspertlər komandasının ölkəyə səfəri zamanı “Bakı Metropoliteni” QSC-də görüş keçirilərək, müzakirələr aparılıb.
Xəbər noyabrın 26-da bayraqdar.info-ya Metropolitendən verilib.
Metropolitenin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) şöbəsinin rəisi Nəriman Mantaşev mürəkkəb infrastruktura malik müəssisənin ayrı-ayrı fəaliyyət sahələri ilə bağlı ekspert komandasının üzvlərini məlumatlandırıb. Onlara təhlükəsizliyin təmin edilməsi və bu xüsusda ətraf mühitin mühafizəsinə, ekoloji məsələlərə metropolitendə həssas münasibət və bu işin təşkili haqda informasiya verib.
“Ümumən qeyd olunub ki, metro ekoloji tarazlığın qorunmasında ən mühüm nəqliyyat növlərindən biridir. Lakin bununla belə fəaliyyətin daha geniş spektrində ətraf mühitin mühafizəsi aktual vəzifə kimi diqqətdə saxlanılır. Bu xüsusda SƏTƏMM şöbəsinin rəisi Bakı Metropolitenində son illərdə görülmüş işlər, tətbiq edilmiş yeniliklər barədə məlumat verib və təqdimat keçirilib.
“Görüşdə Avropa İqtisadi Komissiyasının Beynəlxalq ekspertlər komandasının “Bakı Mertopoliteni” QSC ilə məsələnin əhəmiyyəti nəzərə alınaraq, müvafiq məlumat mübadiləsinin davamlılığı, müzakirələrin aparılması və qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunub.
“Beynəlxalq ekspertlər komandasının üzvləri digər əlaqədar təşkilatlarda olmuş, müəssisə rəhbərləri, eləcə də bu məsələlərlə məşğul olan mütəxəssislərlə görüşərək, mövcud problemlərlə bağlı müzakirələr, fikir mübadilələri aparıblar”, – deyə xəbərdə qeyd edilib.