Son yeniləmə: 1 Dekabr 2021 13:03
Bayraqdar.info – İran rejimi tərəfindən ölkəmizə qarşı xoş olmayan daha bir addım atılıb. Tehran Şəhər Şurası bəzi yer adlarının dəyişməsi barədə qərar verib.
ArazNews-un məlumatına görə, ad dəyişikliyi zamanı sırf Azərbaycana qarşı olan addımlar atılıb. Qərara əsasən Tehranda bəzi yerlərə Badkubə, Şuşi, Nardaran və Aran kimi adlar verilib.
Düzdür, düşünmək olardı ki, yəqin Tehran bu addımı Azərbaycana dostluq jesti olaraq atır. Amma məsələnin dərinliyinə gedəndə bunun dost yox, düşmən xislətli addım olduğu üzə çıxır.
Məsələn, Şuşa əvəzinə Şuşi adının verilməsini götürək. Görünür, fars qonşularımız erməni qardaşlarının “Şuşi” xiffətinə görə çox narahatdırlar.
Digər tərəfdən, İran tərəfi iddia edə bilər ki, bu addəyişmə qərarına əsasən bəzi kücələrə Tiflis və Abxaz adları da verilib. Lakin nədənsə o adlarda Azərbaycanla bağlı adlardakı kimi hər hansı təhrifə yol verilməyib.
Vurğulandığı kimi, bundan başqa bəzi küçələrə Aran, Badkube, Gəncə və Nardaran kimi adların verilməsi heç də xoş niyyətin deyil, İranın Azərbaycana qarşı torpaq iddialarının bir təzahürüdür: “Şuşa yerinə “Şuşi” adının istifadə edilməsi Azərbaycanın milli suverenliyinə açıq qəsd və Azərbaycan ilə açıq düşmənçilikdir”.
Yeri gəlmişkən bildirilir ki, “Tehran Şəhər Şurası bu adları güya “İran şairi” olan Gəncəli Nizaminin şərəfinə və “İran mədəniyyət hövzəsi”nə aid olan adlar olaraq Tehran küçələrinə verib”.
Zəruri qeyd: Göründüyü kimi, fars qonşularımız bu addəyişmə oyunu ilə həm də bir məsələdə öz əməllərinin üzərinə işıq salmış olublar. Söhbət Nardaran adından gedir. Böyük ehtimalla İrandakılar uzun illər təsir ocağı kimi əllərində tutduqları Nardarana ithafən Nardaran adını da istifadə ediblər.
[…] İran rejimindən daha bir anti-Azərbaycan addım – SƏNƏD […]