Bayraqdar.info – Noyabrın 26-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə kitab satış-sərgisi açılıb. Təşkilatçı özünün maarifləndirmə fəaliyyətləri ilə daim fərqlənən “Qanun” nəşriyyatıdır.
Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bununla bağlı Gəncədən video-muraciət yayımlayıb.
Direktor öz müraciətində qeyd edir ki, sərgidə 30 minədək nəşr vahidi oxuculara və alıcılara təqdim edilir.
Sərgi eyni zamanda həm də mədəniyyət və incəsənət ortamı olacaq. Burada yazarlar və naşirlərlə görüşlər, imza günlərinin keçirilməsi də nəzərdə tutulur.
Ş.Xuduoğlu video-müraciətində vurğulayır ki, son illər ərzində Gəncədə bu həcmdə bənzər tədbir keçirilməyib.
Qeyd edək ki, satış-sərgi noyabrın 28-də başa çatacaq. Sərgi Gəncə Filarmoniyasına keçirilir və təşkilatçılar satışlara ciddi endirimlər təklif edir.