Bayraqdar.info – Bugünlərdə mediada Ermənistan parlamentinin sədri Alen Simonyanın bir Rusiyalı jurnalistlə söz atışması yayımlanıb. Maraqlıdır ki, bu görüntüləri Ermənistan parlamenti məqsədli şəkildə yayıb.
Qısa videoda diqqət çəkən odur ki, A.Simonyan Qarabağın Azərbaycana təhvil verilməsini Rusiyanın üzərinə atır. O, birbaşa öz adından deməsə də Ermənistanda belə bir fikrin olduğunu deyir:
Jurnalist: Bəs Qarabağın təhvil verilməsi? Siz Qarabağı təhvil vermisiniz.
A.Simonyan: Siz hesab edirsiniz ki, biz təhvil vermişik?
Jurnalist: Mən hesab edirəm ki, bu, Ermənistanın geopolitik vektorunu dəyişmək üçün edilib.
A.Simonyan: Bax, elə buna bənzər fikirlər Ermənistanda da var ki, Rusiya Qarabağı təhvil verib.
Maraqlıdır, noyabrın 26-da keçiriləcək üçtərəfli (Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri) Soçi görüşü ərəfəsində Ermənistan tərəfinin məhz belə bir videonu dövriyyəyə buraxması nə ilə bağlıdır? Çox güman ki, elə jurnalistin dediyi kimi, Ermənistan özünün geoplotik vektorunu bir daha bu yolla elan edir…
@azerhasret Армянский спикер: #Карабах сдала Россия… #россия #азербайджан #армения #azərhəsrət #azerhasret
[…] Ermənistan parlamentinin sədrindən Rusiyaya ağır ittiham – VİDEO […]