Press "Enter" to skip to content

Entelo Muço: Nizami yaradıcılığı və Albaniya

"Nizami Gəncəvi: müasir dünyaya baxış"

Son yeniləmə: 26 Noyabr 2021 13:38

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, noyabrın 24-dən işə başlayan Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir.

Mədəniyyət Naziriyinin təşkilatçılığı ilə baş tutan Forumda Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun professoru Gaga Lomidzenin moderatorluğu ilə panel iclasın ikinci hissəsi davam edib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, iclasda Daşkənd Dövlət Universitetinin Özbək dili və ədəbiyyatı kafedrasının müdiri Nurboy Cabbarov “Nizami Gəncəvinin “Xəmsə” yaradıcılıq konsepsiyasının bədii təfsiri” mövzusunda çıxış edib. Həmin universitetin professoru Nigina Şerməhəmmədova “Nizami yaradıcılığında humanizm”, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Nizami və çağdaş türk dövlətçiliyi” barədə məruzələri maraqla qarşılanıb.

Azərbaycan Yazıçılar Birliyinin müşaviri Sayman Aruz “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm və bəşəri dəyərlər”, Albaniya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Entelo Muço “Nizami yaradıcılığı və Albaniya” mövzularında çıxış ediblər.

“Məruzələrdə diqqətə çatdırılıb ki, Şərq və Azərbaycan İntibahının XII əsrdə ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir. Böyük şair irqindən, milli və dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər verib. Dahi Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlinir.

“Məruzələrdən sonra diskussiyalarla davam edən panel iclas iş gününü yekunlaşdırdı. Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu noyabrın 26-da iki panel iclasla başa çatacaq”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.