Son yeniləmə: 26 Noyabr 2021 09:41
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər görüşüb. Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyevi və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpuru salamlayan Komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib.
Komitədən bayraqdar.info-ya verilən məlumata görə, F.Muradov onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.
Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib. Həmçinin, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.