Press "Enter" to skip to content

DİN-in yeni veb-saytı

DİN-in yeni veb-saytı

Son yeniləmə: 26 Noyabr 2021 13:24

Bayraqdar.info – Daxili İşlər Nazirliyinin (DİN) müasir standartlara cavab verən yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.

 DİN-dən Bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, yeni resurs dizayn və informativ baxımdan yeni metodlara uyğun hazırlanıb. Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub.

Yeni resursda mətbuatla əlaqələrin operativ qurulması, vətəndaş müraciətləri və DİN-in digər fəaliyyət sahələri ilə bağlı müfəssəl proqram təminatı yaradılıb.

Sayt həm funksionalığı, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni modullar əlavə edilib.

Hazırda DİN-in saytına https://mia.gov.az/az/ ünvanından daxil olmaq mümkündür.

Mission News Theme by Compete Themes.