Press "Enter" to skip to content

Anar Kərimov Yunanıstanın ölkədəki səfiri ilə

Mədəniyyət Nazirliyi

Son yeniləmə: 26 Noyabr 2021 10:30

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov noyabrın 25-də Yunanıstan Respublikasının ölkədəki səfiri Nikolaos Piperiqos ilə görüşüb.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, A.Kərimov ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Nazir mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.

Ölkələr arasında birgə fəaliyyətin əhəmiyyətini qeyd edən nazir kinematoqrafiya, arxeologiya, ölkədə xüsusilə işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrin bərpası, qurumlararası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir N.Piperiqos qəbula görə təşəkkür edərək hər iki ölkədə müvafiq sahələrdə qurumlar arasında birbaşa əməkdaşlığın təşviq edilməsi və digər bu kimi həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini səsləndirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Mission News Theme by Compete Themes.