Press "Enter" to skip to content

Vladanka Andreyeva: Dünyada çoxlu sayda qadın və qızlar hələ də zorakılığa məruz qalır

Son yeniləmə: 25 Noyabr 2021 13:38

Bayraqdar.info – “Bu gün – 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Eyni zamanda Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəaliyyətə bu gündən start verilir”.

Bu fikirlər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın 25 noyabr – Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü münasibətilə yaydığı videomüraciətdə öz əksini tapb.

BMT-nin Azərbaycan nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, müraciətdə deyilir ki, dünyada, həmçinin Azərbaycanda çoxlu sayda qadın və qızlar hələ də zorakılığa məruz qalır: “Zorakılıq aktı təkcə qadınlara və qızlara deyil, onların ailələri və başqalarına təsir edir. Buna görə də cəmiyyətlərimizdə olan bu “utanc nişanəsini” aradan qaldırmaq üçün hər kəsin iştirakına ehtiyac var”.

Vurğulanıb ki, “16 Günlük Fəallıq kampaniyası çərçivəsində BMT-nin ölkədəki agentlikləri hökumət, vətəndaş cəmiyyəti və inkişaf üzrə tərəfdaşları ilə birlikdə maarifləndirməni artırmaq və Azərbaycanda kişiləri, oğlanları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə cəlb etmək üçün önəmli təşəbbüslər irəli sürəcək.

Kişilər və oğlanlar, ata, qardaş, həyat yoldaşı, dost və ictimai fəal kimi gender əsaslı zorakılığa qarşı mübarizədə, həm də gender bərabərsizliyini normallaşdıran dağıdıcı stereotiplərə qarşı çıxmaqda mühüm rol oynayır”.

Müraciət aşağıdakı sözlərlə tamamlanır: “Builki Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə biz Azərbaycanda qadınlara və qızlara qarşı zorakılığı birdəfəlik aradan qaldırmaq üçün bütün kişiləri və oğlanları öz səylərini artırmağa çağırırıq!”

 

 

Mission News Theme by Compete Themes.