Press "Enter" to skip to content

Tələbə kreditlərinin müraciətlərinə başlanılır

İdris İsayev

Son yeniləmə: 25 Noyabr 2021 14:58

Bayraqdar.info – Noyabrın 25-də təhsil tələbə kreditlərinə müraciətlərin başlanması ilə bağlı brifinq keçirilib.

Məlumat bayraqdar.info-ya Təhsil Nazirliyindən bildirilib.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, təhsil krediti tələbələr üçün geniş imkanlar açacaq və təhsilin hamı üçün əlçatanlığını təmin edəcək. Nazir müavininin sözlərinə görə, kredit almaq istəyən tələbə əvvəlcə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq etməlidir.

“Tələbə müvafiq prosedurları həyata keçirdikdən sonra kredit almaq üçün müraciət göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir. TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.