Press "Enter" to skip to content

Sadik Babür Girgin: Türkiyə Bosniya və Herseqovinaya olan sevgisini əməldə də göstərir

Son yeniləmə: 25 Noyabr 2021 13:43

Bayraqdar.info – Türkiyə Bosniya və Herseqovinaya olan sevgisini əməldə də göstərir.

Balkan News saytının məlumatına görə, bunu Türkiyənin Sarayevodakı səfiri Sadik Babür Girgin deyib.

25 noyabrda Bosniya və Herseqovinada  Dövlət Gününün qeyd edilməsi çərçivəsində səfir Maarif Vəqfinin oradakı təhsil kampusunu ziyarət edib. Şagirdlərin “Bayramınız mübarək” və “Bosnam mənim” mahnılarını səsləndirdiyi proqramda çıxış edən səfir S.B.Girgin Türkiyənin Bosniya və Herseqovinanı sözlə deyil, əməldə də sevdiyini bildiirb. Səfir bu ölkədəki türk qurumlarının üzərinə mühüm vəzifələr düşdüyünü deyib.

Səfir Türkiyənin Bosniya və Herseqovinaya verdiyi dəyərin göstəricisi olaraq Maarif Vəqfinin təxminən 46 ölkədəki ilk məktəbini Bosniya və Herseqovinada açdığını vurğulayıb. Eyni zamanda Yunus Əmrə İnstitutunun xaricdəki ilk mərkəzinin də məhz Bosniya və Herseqovinada açıldığı qeyd edilib.

Səfir müharibədən dərhal sonra TİKA-nın bu ölkədə fəaliyyətə başladığını da iştirakçıların diqqətinə çatdırıb.

Maarif Vəqfinin Türkiyənin təhsil sahəsində mühüm layihəsi olduğunu deyən S.B. Girgin, vəqfin Bosniya və Herseqovinada da mühüm vəzifələr reallaşdırdığını bildirib.

 

Mission News Theme by Compete Themes.