Press "Enter" to skip to content

QİÇS-lə Mübarizə Mərkəzindən tibb müəssisələrinin rəhbərləri üçün seminar

QİÇS-lə mübarizə tədbirləri

Bayraqdar.info – Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) əməkdaşları tərəfindən tibb müəssisələrinin rəhbərləri üçün seminar keçirilib.

Xəbər bayraqdar.info-ya noyabrın 25-də Səhiyyə Nazirliyindən verilib.

Tədbirdə RQMM-nin direktoru Famil Məmmədov insan sağlamlığı üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınmasına, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıb. O, COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkənin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında danışıb. RQMM-nin direktoru həmçinin Respublikada İİV-ə testləşmənin aparılmasının vacibliyini, müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini, QİÇS-lə bağlı ölüm hallarının azaldığını bildirib.

“RQMM-nin direktor müavini Səbinə Babazadə İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində xidmət göstərən qeyri-hökümət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan RQMM ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlarla ortaq fəaliyyət davam etdirilir.

“Tədbirdə həmçinin, RQMM-nin Epidemiolojı nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV-infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” mövzusunda çıxış edib. Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcüd çətinliklər” mövzusuna toxunub. Mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyeva isə “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri”ndən danışıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.