Press "Enter" to skip to content

Naxçıvan Qarnizonunda idman tədbirləri həftəsi

Naxçıvan Qarnizonunda idman həftəsi

Son yeniləmə: 25 Noyabr 2021 09:33

Bayraqdar.info – Naxçıvan Qarnizonunda kütləvi idman tədbirləri həftəsi keçirilib. Hərbi qulluqçular həftə çərçivəsində keçirilən voleybol birinciliyində güclərini sınayıblar.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat daxil olub.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan və olimpiya sistemi üzrə keçirilən voleybol birinciliyində 17 komanda mübarizə aparıb.

Məlumatda qeyd edilir ki, yarışların keçirilməsində məqsəd hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi olub. Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən yarışları Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hakimləri idarə edib.

Ümumi nəticələrə əsasən üçüncü yerdə Əlahiddə Ümumqoşun Ordunun motoatıcılar komandası, ikinci yerdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, birinci yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları qərarlaşıb.
Yarışların sonunda qalib komandalar mükafatlandırılıb.

Mission News Theme by Compete Themes.