Press "Enter" to skip to content

KKTC-də Milli Mübarizə Muzeyinin və Türk Dünyası Meydanının təməlqoyma mərasimi

Son yeniləmə: 25 Noyabr 2021 09:52

Bayraqdar.info – “Biz heç vaxt Güzelyurtu gözardı etməmişik. Buradakı sərmayələrin davam etdirilməsinin yolunu açmışıq”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Güzelyurtda Milli Mübarizə Muzeyinin və Türk Dünyası Meydanının təməlqoyma mərasimində deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar mərasimdəki çıxışında Güzelyurtun türk torpağı olduğunu, Güzelyurt xalqının bir daha köç etməyəcəyini və KKTC-nin bir parçası olaraq qalacaqlarını bir daha dilə gətirmək istədiyini bildirib. Çıxışda həmçinin Güzelyurtun heç vaxt diqqətdən kənarda qalmadığı bəyan edilib: “Güzelyurtda sərmayə qoyanlar bunu KKTC-yə inandıqları üçün edirlər”.

“Mənim seçilməmdən sonra yeni siyasət, yeni anlayış o qədər kök salıb ki, bu siyasəti geriyə qaytarmağa kimsənin gücü şatmaz”, – deyə, E.Tatar vurğulayıb. Cümhurbaşqanı E.Tatar heç kimin Türkiyə ilə Kıbrıs türkləri arasında əlaqələri pozmağa gücü çatmayacağını da deyib.

Çıxışında “Ona qarşı edilən insanlıqdan kənar rəftarlara müqavimət göstərən, dövlət quran Kıbrıs türk xalqının öz keçmişini muzeylərdə yaşada bilməsi Vətən qarşında bir milli borcdur” deyən E.Tatar bu cür anlamlı işlərə böyük əhəmiyyət verdiyini bildirib.

Mission News Theme by Compete Themes.