Press "Enter" to skip to content

İctimai Şuraya təkrar seçkilər olacaq

Təhsil Nazirliyi yanında İctimiai Şura

Son yeniləmə: 25 Noyabr 2021 10:46

Bayraqdar.info – Noyabrın 26-da saat 11:00-da Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Nazirlik yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. 23 noyabr tarixində keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib.

Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Mission News Theme by Compete Themes.