Press "Enter" to skip to content

DOST könüllülərinə sertifikatlar təqdim olunub

Son yeniləmə: 25 Noyabr 2021 11:02

Bayraqdar.info – Dövlət Sosial Müdafiə Fondunda 3 ay fəaliyyət göstərən DOST könüllülərinə sertifikatlar təqdim olunub.

Bu barədə bayraqdar.info-ya noyabrın 25-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov mərasimdə çıxış edib. O qeyd edib ki, bu müddətdə DOST könüllüləri ayrı-ayrı departamentlərdə təcrübə keçiblər: “Onlar layihələrin idarə olunması, sosial ödənişlərin təyinatı prosesində təcrübəçi kimi iştirak edib, vətəndaş müraciətlərinin cavablandırılması və monitorinqlərin aparılmasına cəlb olunublar”.

Əsasən maliyyə, hüquq və iqtisadi sahədə təhsili olan könüllülər Fondda onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Könüllülər gələcək karyeralarında burada qazandıqları təcrübədən bəhrələnəcəklərini vurğulayıblar.

“Sonda 23 nəfər Layihələrin İdarə Olunması Departamentində, 1 nəfər Sosial Ödənişlər Departamentində, 9 nəfər İctimaiyyətlə Əlaqələr Departamentində, 2 nəfər Vətəndaşların Qəbulu Departamentində səmərəli fəaliyyətlərinə görə sertifikatlarla təltif olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, könüllülərdən 3-ü Dövlət İmtahan Mərkəzi ilə Dövlət Sosial Müdafiə Fondunun birgə Fondun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işə qəbulla bağlı keçirdiyi imtahanda iştirak edərək müvəfəqqiyyət qazanıb. Digər könüllülər isə Fondun Mərkəzi Filiallarında işə qəbulla bağlı müsahibə mərhələsinə dəvət olunublar” , – deyə, məlumatda vurğulanıb.

Mission News Theme by Compete Themes.