Press "Enter" to skip to content

Bertan Zaroğlu: Avroya deyil, türk lirəsinə

Bertan Zaroğlu

Son yeniləmə: 25 Noyabr 2021 13:41

Bayraqdar.info – “Bizim təklifimiz avroya deyil, Türkiyə lirəsinə (TL) keçməkdir. Çünki xarici valyutanın gündəlik həyatımıza təsirini azaltmaq üçün dövlət real olaraq TL-yə keçməlidir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqil millət vəkili Bertan Zaroğlu deyib. KKTC mediasının məlumatına görə B.Zaroğlu, yaydığı yazılı açıqlamada “Qısa müddətdə görülməsi vacib olan tədbirlər çərçivəsində Türkiyə ilə bütün ticarətin türk lirəsi ilə aparılmasının məcburi olmasına dair qərar qəbul edilməlidir. Qanuni qüvvəyyə malik olacaq bu qərar əsasında müvafiq ticarət ödənişlərinin türk lirəsi ilə aparılması reallaşdırılmalıdır” , – deyə əlavə edib.

Millət vəkili bəzi qüvvələrin “türk lirəsindən imtina edək” çağırışlaırnn da qəbuledilməz olduğunu deyib.

Mission News Theme by Compete Themes.