Son yeniləmə: 25 Noyabr 2021 13:48
Bayraqdar.info – Okeanın o tayından Bosniya və Herseqovinaya dəstək mesajı gəlib. Belə ki, bu günlərdı ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan ABŞ-ın Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
Balkan Newssaytının məlumatına görə, J.Sulivan Ağ Evdə Bosniya və Herseqovinanın ali nümayəndəsi Kristian Şmidt ilə görüşüb. Ağ Evin görüşlə bağlı 22 noyabr tarixli yaydığı açıqlamada ABŞ-ın Ali Nümayəndə K.Şmidtə və Ali Nümayəndəlik Ofisinə (OHR) dəstəyi ifadə olunub.
Bildirilib ki, K.Schmidt və J.Sullivan tərəfindən Bosniya və Herseqovinada dövlət qurumlarının işinin əhəmiyyəti müzakirə edilib. Görüş zamanı korrupsiyaya qarşı mübarizə və vətəndaş cəmiyyətinə dəstək məsələləri də müzakirə olunub.
Bosniya və Herseqovinada dövlət qurumlarının işi əvvəlki Ali Nümayəndə Valentin İnzkonun dövründə soyqırımın inkarına dair qanunun tətbiqinə etiraz olaraq pozulmuşdu. Belə ki, bu qanunun qəbul edilməsindən sonra serb siyasətçiləri tərəfindən dövlət qurumlarının işi boykot olunmağa başlamışdı. Ali Nümayəndəliyin və beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, boykot davam edir.