Press "Enter" to skip to content

ABŞ səfiri: Ağdam, Füzuli və digər ərazilərdə mədəni abidələrin şəkillərini görmüşəm

“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi”

Son yeniləmə: 25 Noyabr 2021 14:41

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Daş Salnamə Muzeyində Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirilib.

Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli beynəlxalq konfrans haqqında məlumat verib. O bildirib ki, konfransda “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən Qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” mövzusunda dörd sessiya keçiriləcək. Bundan başqa, tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.

“Abidələr: Azərbaycan irsinin daş yaddaşı” adlı birinci sessiyada çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, bu gün daha çox postmünaqişə dövründən danışsaq da, düşmənin əvvəlki cinayətlərinə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrinin dağıdılmasıdır.

“Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə diqqətə çatdırıb ki, Azərbaycan memarlıq məktəbi dünyada yetərincə tanınır. Qarabağ memarlıq məktəbi də bu məktəblər arasında xüsusi yer tutur: “Qarabağ memarlıq məktəbinin inkişafı müəyyən dövrdə müxtəlif formalarda olub. Biz bilirik ki, bu abidələr bizim xalqa məxsusdur. Ancaq biz bunu bütün dünyaya bildirməliyik”.

“ABŞ-ın ölkədəki səfiri Örl Litzenberqer söyləyib ki, ölkəsində mədəni irsin qorunması diqqətdə saxlanılır: “Biz fəxr edirik ki, dünyanın hər yerində mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul oluruq. Azərbaycanda da Mədəniyyət Nazirliyi ilə 2018-ci ildə Qubadakı günbəzli binanın abidəsi üzrə çalışmışıq. Mən Ağdam, Füzuli və azad olunmuş digər ərazilərdə mədəni abidələrin şəkillərini görmüşəm. Əminəm ki, Azərbaycan bu işə böyük qayğı ilə yanaşacaq””, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.