Press "Enter" to skip to content

ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü

Son yeniləmə: 25 Noyabr 2021 13:16

Bayraqdar.info – ABŞ-ın paytaxtı Vaşinqton və ətraf ərazilərdə yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü təşkil olunub. Görüş ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İsrail-Amerika Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya noyabrın 25-də ölkəmizin ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə tikinti, daşınar və daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat və horeca istiqamətləri üzrə fəaliyyət göstərən müxtəlif iş adamları iştirak edib.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov açılış sözü ilə çıxış edib. N.Baxışov görüşün təşkil edilməsində əsas məqsədin İsrail Dövləti ilə Azərbaycan arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığın ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamları arasında da təşviq edilməsi olduğunu diqqətə çatdırıb.

Həmçinin tədbirdə əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdə aparılan davamlı islahatlar və iqtisadiyyatın diversifikasiyası, o cümlədən biznes mühiti barədə ətraflı məlumat verib. Səfir ilk dəfə təşkil olunan bu görüşün hər iki icmanın biznes dairələri arasında işgüzar əlaqələrin qurulması üçün zəmin yaratdığını bildirib.

Daha sonra İsrail-Amerika Şurasının nümayəndəsi ElkanaBenİtan danışıb və ABŞ-da bu cür birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində həmçinin İsrailli yazıçı AviYoriş tərəfindən qələmə alınmış “Sən innovativ olmalısan: İsrail ixtiraçılığı dünyanı necə yaxşılaşdırır” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Kitab Ticarət Palatasının dəstəyi ilə Azərbaycan dilində dərc edilib.

Mission News Theme by Compete Themes.