Bayraqdar.info – Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, bir neçə yerli universitetin rektor, prorektor və digər rəhbər işçilərinin qatıldığı 30 nəfərlik koordinasiya komissiyası Fransaya səfər edib.
Bu barədə bayraqdar.info-ya noyabrın 25-də Təhsil Nazirliyindən bildirilib.
Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçılığı ilə həyata keçirilən görüşlərdə Fransa təhsil sistemi, CPU-nun təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və digər məlumatların verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər də nəzərdə tutulur.