Son yeniləmə: 25 Noyabr 2021 18:26
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Daş Salnamə Muzeyində keçirilən “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfransda nazir Anar Kərimov iştirak edib. “İşğalı məğlub edən mədəniyyət” mövzusunda ikinci sessiyada çıxış edən nazir A.Kərimov xalqın böyük qayıdışın astanasında olduğunu bildirib.
Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.
““Bu başlanğıc mədəniyyətlə bağlıdır. Mədəniyyət xalqların kimliyini əks etdirən fenomendir. Mədəni irs bizim kimliyimizi göstərən əyani sübutdur. Mədəni irsimiz işğal zamanı məhv edilib oğurlanıb. Bunun da bir adı var – mədəni soyqırımı. Onlar bizim məscidlərimizdə ev heyvanları saxlayırdılar. Bunun məqsədi İslam dünyasının dini hissiyyatlarını təhqir etmək idi. Şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə və qüdrətli Ordumuz buna son qoydu. Torpaqlarımızı işğaldan azad etdi. Yaradıcı mədəniyyət nifrətə, vandalizmə qalib gəldi. Biz Qarabağa qurub-yaratmaq üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk”.
“Nazir dahan sonra qeyd edib ki, bu il Şuşada üç böyük festival keçirilib.
“Nazir bir şad xəbəri tədbir iştirakçıları ilə bölüşüb. O deyib: “2023-cü ildə Şuşa şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı olacaq. TÜRKSOY tərəfindən bununla bağlı qərar veriləcək. Biz bütün türk dövlətlərinin iştirakı ilə əlamətdar ildə Şuşada rəngarəng tədbirlər keçirəcəyik”, – deyə nazir vurğulayıb.”