Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanı uyğurların məsələsini gündəmə gətirdi – VİDEO

Recep Tayyip Erdoğan

Bayraqdar.info – Noyabrın 24-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı İstisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 37-ci nazirlər toplantısı öz işinə başlayıb. Toplantı noyabrın 25-də başa çatacaq.

Tədbirə video-müraciət göndərən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan iqtisadi və maliyyə məsələlərilə yanaşı dünya müsəlmanlarının üzləşdiyi problemlərdən də danışıb. O, Əfqanıstan, Fələstin, Suriya, Liviya kimi ölkələrdə baş verənlərlə bağlı fikirlərini toplantı iştirakçılarına çatdırıb.

R.T.Erdoğanın video müraciətini Türkiyə Cümhurbaşqanlığı öz sosial media hesabında paylaşıb.

Türkiyə Cümhurbaşqanı çıxışında Çində davamlı zülmə məruz qalan uyğurlarla bağlı da fikirlərini bildirib. O, İƏT üzvlərini bu məsələyə də həssaslıq göstərməyə dəvət edib.

“Çinin Uyğur Muxtar Bölgəsindəki uyğur türkləri və digər müsəlman azlıqların durumunu da böyük bir həssaslıqla izləməkdəyik. Təşkilatımızın da quruluş amaclarına uyğun olaraq bu məsələdə həssaslıq göstərməsi yönündəki gözləntimizin bu vasitəylə altını təkrar cızıram”, – deyə R.T.Erdoğan bildirib.

Qeyd edək ki, xəbərə əlavə edilmiş videoda uyğurlarla bağlı hissə 10 dəqiqə 45-ci saniyədən başlayır.

 

Mission News Theme by Compete Themes.