Bayraqdar.info – Türkiyəni qarışdırmağa girişiblər yenə də. Cümhurbaşqanı Recep Tayyip Erdoğanın davamlı və qərarlı müstəqil siyasət yürütməsi, Türkiyənin qürurunu özünə qaytarması hər tərəfdəki düşmənləri birləşdirib. Küçələrə çıxıblar. Nə imiş? Dolların qiyməti yüksəlibmiş!
Bir dövlətin daxili iqtisadi-maliyyə fəaliyyəti niyə başqa bir dövlətin pul vahidindən asılı olsun ki? R.T.Erdoğan da bu düşüncəylə hərəkət edir, Türkiyə iqtisadiyyatını belə bir asılılıqdan xilas etmək istəyir.
İndi Türkiyədə baş qaldıran “gezi kafalılar”ı da rahatsız edən, əslində elə budur. Dış güclərə bağlı olan bu qafa sahibləri Türkiyənin tam da bağımsız hala gəlməsini həzm edə bilmirlər.
Bir də Türk Dövlətləri Təşkilatı qurulub axı. İndi dış güclər – ki, onların arasında açıq düşmən mövqedə olanlar az deyil – buna necə dözsünlər? Dözə bilməzlər. Açıq etiraz edib bu birliyi gözdən salmaq alınmır. Bəs necə etməli? Təşkilatın önünü çəkən lokomotiv dövləti – Türkiyəni içəridən qarışdırmaq!
Amma bu günkü Türkiyənin iç işləri sadəcə Türkiyənin iç işləri deyil ki. Ümumiyyətlə, Türkiyə artıq yalnız Türkiyə deyildir! Bu dövlət Türk Dövlətləri Təşkilatının bir parçası, eyni zamanda lokomotivi olaraq digər türk dövlətlərinin də məsələsidir!
Türkiyəyə əl uzatmaq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstana əl uzatmaq deməkdir! Bir də indilik Təşkilatdan kənarda qalsa da türk dünyasıyla ət və dırnaq kimi iç-içə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinə əl uzatmaqdır bu!
İndi Türkiyəni qarışdırmaq istəyənlərin əsl amacı dollar deyil, dedik bunu. Onların əsl amaclarından biri də Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi əməliyyatında Türkiyənin, onun lideri R.T.Erdoğanın sərgilədiyi davranışın qisasını almaqdır. Məhz bu qardaş dövlət və onun liderinin qətiyyət və sədaqəti imkan verdi ki, Azərbaycan arın-arxayın savaşa girsin və torpaqlarını azad etsin! Ortaq düşməni rahatsız edən nədənlərdən biri də budur!
Dış güclər gördülər ki, özünü toparlamış Türkiyə nəinki qapılarda sürünməkdən qurtulub, eyni zamanda türk birliyini gerçəkləşdirib, əlavə olaraq da digər türk dövlətlərinin özgüvənini geri gətirib!
Biz, Türkiyə vətəndaşı olmayan, başqa türk dövlətlərində yaşayan türklər olaraq bu qardaş dövləti hər zaman öz dövlətimiz bildik, bilməyə də davam edəcəyik! O üzdən də küçələrə çıxan “gezi kafalılar” qarşılarına həm də digər tükr dövlətlərindən olan milyonlarla insanı almış olurlar!
Dedik, bu günün Türkiyəsi artıq, obrazlı desək, sadəcə türkiyəlilərin deyildir! Türkiyə dövlətimiz bütün dünya türklərinindir! Bu dövlətə qarşı gələnlərin bu gerçəyi də anlaması lazım! Onlara sözümüz; dünya türklüyünü qarşınıza almaq istəyirsinizsə, hodri meydan, biz yerimizdəyik!
Biz Türkiyəni, onun liderini sonadək qorumaq fikrindəyik! Bir addım belə geri atacaq deyilik! Türkiyə batarsa, türklük batar! Türkiyənin lideri R.T.Erdoğan zəiflədilərsə, biz də zəifləmiş olarıq! Bu gerçəyi dərk etdiyimizdən, üstəlik də hazırda meydana atılmaq istəyən “gezi kafalılar”ın hardan, kimdən ilhamlandığını bildiyimiz üçün daha qərarlıyıq, belə bilinə!
Vazgeçmeyeceğiz.
Ülkemiz için, devletimiz için çalışmaya devam edeceğiz.
Bizim davamız, bağımsız, güçlü ve büyük Türkiye davasıdır.
Milletimizi yeniden bağımlılık tuzağına çekmeye çalışanlara izin vermeyeceğiz.pic.twitter.com/YG5ypscy3U— Fahrettin Altun (@fahrettinaltun) November 23, 2021