Son yeniləmə: 24 Noyabr 2021 11:53
Bayraqdar.info – Noyabrın 23-də Nəqliyyat və Eko könüllülərinin “Təmiz Şəhər” ASC-yə təcrübə səfəri təşkil olunub.
Xəbər bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, könüllülər simvolik olaraq AVRO 6 standartlarına cavab verən, sıxılmış təbii qazla (CNG) işləyən avtobusla səyahət ediblər. Səfər çərçivəsində “Təmiz Şəhər” ASC-də müasir texnoloji yeniliklər və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən zavodlarla yaxından tanış olublar. Əyani şəkildə könüllülər bərk məişət tullantılarının çeşidlənməsini, həyata keçirilən təkrar emal prosesini, tullantıların idarə olunması, bərk məişət tullantılarının yandırılaraq zərərsizləşdirilməsi prosesi ilə tanış olublar. Məlumat turu çərçivəsində iştirakçılara “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlər paylanıb və tullantıların düzgün idarə olunması ilə bağlı məlumat verilərək sualları cavablandırılıb.
“Paytaxtda piyada zonalarının genişləndirilməsi, yaşıllığın artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi, ekoloji-sosial layihələrin həyata keçirilməsi istiqamətində birgə işlər görülür, könüllülərin iştirakı ilə vətəndaşlar arasında geniş maarifləndirmə işləri həyata keçirilir.
“İqlim dəyişikliyi ilə mübarizədə könüllülərin rolu dünya miqyasında danılmazıdr. Davamlı olaraq Nəqiyyat və Eko könüllüləri bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər”, – deyə xəbərdə qeyd edilir.