Bayraqdar.info -Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.
Bu barədə bayraqdar.info-ya noyabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “nazirliyin əməkdaşlar şəhidlər- leytenant Niftəliyev Ümüd Orucoğlu, gizir Cabbarov Orxan Hətəmoğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusifoğlu, əsgərAğayev Elçin Mərifətoğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramiloğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər. Ailə üzvlərinə sosial təminat hüquqları, qanunvericilikdə onlar üçünn əzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib”.
Beləliklə, 7 şəhidin 14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər toplanaraq Prezidentin aylıq təqaüdü və müavinət, ümumilikdə 15 ödəniş təyinatı həyata keçirilib.