Press "Enter" to skip to content

Rusiya ilə Avropa Birliyi arasında Qarabağ söhbəti

Şarl Mişel

Bayraqdar.info – Noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel arasında telefon söhbəti olub. Söhbət əsnasında tərəflər bir sıra məsələləri müzakirə ediblər.

Bu haqda xəbəri Rusiya Prezidentinin mətbuat xidməti yayıb.

Xəbərdə qeyd edilir ki, söhbət əsnasında V.Putin Ş.Mişelin xahişi ilə ona Azərbaycan və Ermənistan arasındakı durumla bağlı da məlumat verib.

Rusiya Prezidenti Avropalı həmkarını Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlardan irəli gələn addımların icrası ilə bağlı məlumatlandırıb. O cümlədən dinc yaşayışın təmini, Güney Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında məlumat verilib.

Xəbərdə qeyd edilir ki, noyabrın 26-da Rusiyanın Soçi şəhərində keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündə məhz bu məsələlərin müzakirəsi nəzərdə tutulur.

Telefon söhbəti haqqında Ş.Mişel də öz sosial media hesabında məlumat verib. Lakin o, ayrıntılarla bağlı heç nə yazmayıb. “Biz Rusiya Prezidenti ilə Avropa Birliyinin Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə marağını müzakirə etdik”, – deyə o, qeyd edib.

Mission News Theme by Compete Themes.