Bayraqdar.info – Krımı qanunsuz ilhaq edərək nəzarətdə saxlayan Rusiyanın işğalçı gücləri Krım tatar milli hərəkatının fəalı Rustem Üseyinovun evini yıxıb. Bu haqda xəbəri Ukrayna xarici işlər nazirinin 1-ci müavini, əslən Krım tatarı olan Emine Ceppar noyabrın 24-də öz sosial media hesabında paylaşıb.
E.Ceppar onu da əlavə edib ki, evin dağıdılması qanunsuz olub. Yaşlı insan olan R.Üseyinov evin dağıdılmasıyla bağlı məhkəmə qərarından apellyasiya şikayəti vermək istəsə də ona bunun üçün imkan tanınmayıb.
E.Ceppar öz paylaşımında qeyd edib ki, “işğalçılar Krım tatarlarını öz torpaqlarında yaşamaq haqqından məhrum edir”.
#Qırım işğalciler qırımtatarlarnı öz toprağında yaşamaq aqqından marum ete. Bugün qanunsız şekilde qırımtatar milliy areketiniñ faali Rustem Üseinovnıñ evini yıqtılar. O, mahkeme qararına qarşı şikâyet bardi, amma o baqılmadı. pic.twitter.com/k5ppS6FtE3
— Emine Dzheppar (@EmineDzheppar) November 24, 2021
Xatırladaq ki, türk torpağı və Ukraynanın beynəlxalq səviyyədə rəsmən tanınan ərazisi olan Krım 2014-cü ildə qondarma referendum adı altında Rusiya tərəfindən işğal və ardından da ilhaq edilib. O vaxtdan yarımadanın əsl sahibləri olan tatarlar davamlı şəkildə basqılara məruz qalır.