Press "Enter" to skip to content

Rəsmi Moskva Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Bayraqdar.info – Rusiya və Azərbaycan arasında münasibətlər mədəni sahələrdə də uğurla davam edir. Rəsmi Moskva Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. Qeyd edək ki, Azərbaycanda səfəri çərçivəsində Mixail Şvıdkoy noyabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsində də olub.

Komitə sədri Fuad Muradov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb. Komitədən bayraqdar.info-ya verilən məlumata görə, qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti və xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verib. F.Muradov, Rusiyada yaşayan azərbaycanlıların ölkənin mədəni və ictimai həyatına sürətlə inteqrasiya etdiklərini bildirib.

Görüş zamanı F.MuradovAzərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin önəminə toxunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mixail Şvıdkoy qloballaşan dünyada mədəni dialoq qurmağın vacibliyindən söz açıb.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

Mission News Theme by Compete Themes.