Press "Enter" to skip to content

Mevlüt Çavuşoğludan Bosniya və Herseqovinaya dəstək

Son yeniləmə: 24 Noyabr 2021 03:19

Bayraqdar.info – Türkiyənın xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç arasında telefon danışığı olub.

Bu barədə Balkan News saytı məlumat yayıb.

Məlumatda deyilir ki, telefon danışığı zamanı nazirlər Balkanlardakı son hadisələri, eləcə də iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. B.Türkoviç M.Çavuşoğluna Serb siyasətçilərinin Bosniya və Herseqovinada dövlət qurumlarını boykot etməsinin yaratdığı mənfi vəziyyətlə bağlı məlumat verib.

Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda, danışıq zamanı M.Çavuşoğlunun Türkiyənin Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə etdiyi vurğulanıb.

Mission News Theme by Compete Themes.