Press "Enter" to skip to content

Mənəvi dəyərlərin yaşadılmasına həsr edilmiş tədbir

Tədbir iştirakçılarıyla xatirə şəkli

Bayraqdar.info – “Müasir İnkişaf” İctimai Birliyinin və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Mənəvi dəyərlər və təhsil” adlı tədbir keçirilib.

Tədbir “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi çərçivəsində keçirilib.

Xəbəri Mənəvi Dəyərlərin Təbliği Fondu yayıb.

Tədbirdə Gimnaziyanın direktoru İlqar Talıbov məktəbdəki tədris prosesi, görülən işlər, şagirdlərdən ibarət akademiyanın təşkili, kitabxananın formalaşdırılması, muzeyin yaradılması və s. haqqında bəhs edib.

“AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Sübhan Talıblı Azərbaycanın qəhrəmanlıq tarixi, bayrağımızın ideoloji prinsipləri, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz barəsində danışıb.

““Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü təmsil etdiyi qurumun fəaliyyətindən, tədbirlərdən, layihələrdən, nəşrlərdən və s. söz açıb. O, Türk-İslam aləminin alimlərinin, mədəniyyət və ədəbiyyat xadimlərinin fəaliyyətindən, dəyərlərimizdən də bəhs edib.

“AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov təhsilin önəmindən, qəhrəmanlıq yazan müəllimlərdən, tələbələrdən və s. söz açıb. O, 44 günlük müharibənin mənəviyyat, namus, qəhrəmanlıq savaşı olduğunu vurğulayıb.

“ADPU Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı milli-mənəvi dəyərlərə bağlılığın cəmiyyətə, dövlətə faydalarından danışıb. Onun sözlərinə görə, cəmiyyətin inkişafında məktəbin, müəllimlərin xüsusi önəmi var.

“AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, dosent Aqil Eyvazov məktəbdə tədrislə yanaşı təlim-tərbiyənin, əxlaqın və s. da önəmli olduğunu söyləyib. Onun dediyinə görə, dil, adət-ənənə, din Azərbaycan xalqının toxunulmaz dəyərləridir.

“Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Qarabağda tarixən mövcud olan 67 məsciddən 65-nin ermənilər tərəfindən tamamilə dağıdıldığını bildirib. O, qeyd edib ki, dini və milli dəyərlər, ibadət ocaqları xalqımızın dəyəridir.

“Sonda məktəbin müəllim və şagirdləri 44 günlük Vətən müharibəsi haqqında danışmış və slaydlı təqdimatlar etmişlər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.