Press "Enter" to skip to content

Kərkük Hava Limanında ilk sınaq uçuşu

Son yeniləmə: 24 Noyabr 2021 00:25

Bayraqdar.info – Kərküklülərin səbirsizliklə gözlədiyi mülki hava limanı artıq açılışında son mərhələyə çatıb.

turkmenelitv.com-un məlumatına görə, artıq Kərkük Hava Limanında mülki təyyarələrin, yəni sərnişin təyyarələrinin eniş və qalxışı üçün sınaq uçuşları həyata keçirilib. Həm yerüstü xidmətlər, həm də qüllə və sərnişinlərin təhlükəsizliyi üçün mükəmməl və qüsursuz hava limanının açılması üçün səy göstərilir.

Bildirilib ki, əslində bu hava limanı Səddam Hüseyn dövründən İraq ordusunun nəzarətindədir. 2013-cü ildə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hərbi hava limanı kimi istifadə edilib.

2018-ci ildə hava limanının yarısının mülki aviasiya üçün istifadəsinə qərar verilib. O vaxtdan bəri həm hərbi, həm də mülki uçuşların eyni vaxtda həyata keçirilməsi üçün səylər göstərilib.

2019-cu ildə bu hava limanının açılması nəzərdə tutulsa da, proses gecikib. Buna səbəb kimi regional hökumətin Bağdaddakı mərkəzi hökumətə dirəniş göstərməsi qeyd edilir. Çünki Kərkük hava limanı açılsa, Ərbil və Süleymaniyyəyə enən təyyarələrin və sərnişinlərin sayı azalacaq.

Mission News Theme by Compete Themes.