Bayraqdar.info – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki “Fərid” MMC-yə məxsus asfalt zavoddan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Bu barədə bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
“Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi məlum olub.
“Faktla bağlı zavodun icraçı direktoru Fuad Cəfərov barəsində akt, protokol tərtib edilib və o, 3 min 500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”, – deyə məlumatda qeyd edilib.