Press "Enter" to skip to content

Finlandiya bölgədə sülhün bərqərar olmasında maraqlıdır

Bayraqdar.info – Finlandiya bölgədə sülhün bərqərar olmasında maraqlıdır. Bunu Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni deyib. Səfir ölkəsinin bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, noyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov xanım Kirsti Narineni qəbul edib.

Bildirilib ki, “nazir Ceyhun Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, ölkələrimiz arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd edib. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub”.

Səfir Kristi Narine Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd edib. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirillən görüşə məmnunluqla istinad edib.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.