Press "Enter" to skip to content

Elmi konfransda 246 məqalə

XXIV Respublika elmi konfrans

Son yeniləmə: 24 Noyabr 2021 10:43

Bayraqdar.info – Noyabrın 23-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı öz işinə başlayıb.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

Əvvəlcə konfrans iştirakçıları kitab sərgisi və N.Gəncəvi yaradıcılığına həsr olunan stendlərlə tanış olublar.

Açılış mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

“Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qeyd edib ki, yeni nəsil texniki universitetlər sahibkarlıq ekosistemini və yüksək texnologiyalar bazarını formalaşdırmalı, ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətini təmin etməlidir. Bu missiyaları həyata keçirmək üçün AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası hazırlanıb və universitetin Elmi Şurası tərəfindən təsdiqlənib.

“Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycan təhsilinin, elminin qarşısında duran əsas məsələ yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Nazir müavini bildirib ki, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb. Hədəf Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

“AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev akademiyanın alimlərinin ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə elmi layihələrdə iştirakından danışıb.

“Konfransda iştirak edən İstanbul Universitetinin rektoru Mahmud Ak da öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev isə Azərbaycanda elm və innovasiyalar sahəsində görülən işlər və bu istiqamətdə aparılan siyasətdən danışıb.

“Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçılarının ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

“Qeyd edək ki, konfransa 246 məqalə qəbul olunub. 14 bölmədə davam edəcək konfrans işini noyabrın 24-də yekunlaşdıracaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.