Press "Enter" to skip to content

Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb

Bayraqdar.info – Gələn il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşündə bildirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya noyabrın 24-də verilən məlumata görə, tərəflər bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsini əhəmiyyətini vurğulayıblar.

Görüşdə tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Mission News Theme by Compete Themes.