Son yeniləmə: 24 Noyabr 2021 13:48
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında məhsuldar əməkdaşlıq mövcuddur. Bu barədə Dövlət Agentliyində GIZ nümayəndələri ilə keçirilən görüşdə bildirilib.
Agentılikdən bayarqdar.info-ya noyabrın 23-də verilən məlumata görə, görüşdə ötən il ərzində birgə əməkdaşlıq çərçivəsində görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib.
Qeyd edilib ki, 2021-2022-ci illər ərzində Karyera Mərkəzi istiqamətində, “Alo Karyera” dəstək xidməti və “İş Klubu” layihəsi çərçivəsində əməkdaşlıq davam etdiriləcək.
Məlumat verilib ki, hazırda Dövlət Məşğulluq Agentliyi və GIZ arasında əməkdaşlıq çərçivəsində pilot layihə olaraq Bərdə, Ağdam və Mingəçevirdə yerləşən ərazi məşğulluq filiallarında resurs guşələrinin təşkilinə başlanılıb: “Layihənin məqsədi ərazi məşğulluq filiallarına müraciət edən vətəndaşlara CV yazılmasına dəstək göstərmək, layihələrə qeydiyyat formalarının izah edilməsi və digər xidmətlərin optimallaşdırılmasıdır. Resurs guşələri GIZ tərəfindən texniki avadanlıqlarla təchiz olunacaq və müvafiq ərazi məşğulluq filiallarının əməkdaşları tərəfindən koordinasiya ediləcək”.